İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Bu barədə məlumat İranın Azərbaycandakı səfirliyinin rəsmi tvitter hesabında paylaşılıb.

Məlumata əsasən, tərəflər görüş zamanı bölgədəki cari dəyişiklikləri, xüsusən də Azərbaycan ilə Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyəti və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular ətrafında fikir mübadiləsi aparıb.