İran Azərbaycan və Ermənistan sərhədində son günlər erməni tərəfinin növbəti təxribatları ilə bağlı narahatlığını ifadə edib.

Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə baş verən təxribatlar fonunda Cənubi Qafqazda ən qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin sərhəddə insanların həlak olması ilə bağlı məyus olduğunu deyib və tərəfləri təmkinli olmağa və sərhəd mübahisələrini dinc yolla həll etməyə çağırıb.

S. Xətibzadə İranın davamlı sülhə nail olmaq üçün lazım olan hər bir yardımı təklif etməyə hazır olduğunu sözlərinə əlavə edib.