Noyabrın 8-nə keçən gecə İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 529 nəfərə çatıb.

Bu barədə Şərqi Azərbaycan vilayətinin tibbi yardım və fövqəladə halların qarşısının alınması mərkəzinin rəhbəri Fərzəd Rəhmani məlumat verib.

O, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyünü, 529 nəfərin də xəsarət aldığını, bunlardan da 31 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, 5,9 maqnitudalı zəlzələnin mərkəzi Təbrizin 156 kilometr cənub-şərqində yerləşir.Yerli tədqiqatçıların fikrincə isə 8 kilometr dərinlikdə yerləşir.

İstinadlar Report