
İranın Xoy şəhərində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, İranda saat 22:03-də baş verən zəlzələ Naxçıvanda da hiss olunub.
Qeyd olunub ki, zəlzələ Naxçıvanın Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.