İran hökuməti vurulan “Boeing 737-800” sərnişin təyyarəsinin “qara qutu”sunu Ukraynaya verməməyi qərara alıb.

Məlumatı ISNA agentliyi yayıb.

Bildirilib ki, buna səbəb İranın təklifinə Ukrayna tərəfinin cavabı gecikdirməsidir.

Agentlik “qara qutu”nun başqa ölkəyə – çox güman Fransaya göndəriləcəyini qeyd edib.

Martın 12-də İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Rza Cəfərzadə “qara qutu” Ukrayna, yaxud Fransada deşifrə ediləcəyini bildirimişdi.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı ölüb. Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu məlum olub.

İstinadlar Report