Bu gün İranda tələbələrin hazırkı hökumətə qarşı etiraz aksiyası başlayıb.

Yüzlərlə tələbə hakimiyyətin səhvən Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonra İranın ali dini lideri Ayətullah Əli Xameneyinin istefasını tələb edirlər.

İran hüquq-mühafizə orqanlarının xüsusi qüvvələri etirazçıların olduğu əraziyə göndərilib, onlar nümayişçiləri dağıtmağa başlayıb.

Xatırladaq ki, Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Benyəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi bir az sonra vurulmuş, nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olmuşdu.

İstinadlar Report