Cümə axşamı İranın paytaxtı Tehran, habelə Təbriz, İsfahan və digər şəhərlərində polislə küçə nümayişçiləri arasında toqquşmalar baş verib.

Bu barədə “AlHadath” telekanalı məlumat yayıb.

Məlumata görə, güc strukturunun əməkdaşları tələbə təşkilatları və hüquq müdafiəçilərinin çağırışı ilə keçirilən aksiyada bir neçə nəfəri həbs edib.

İranın paytaxtı və digər şəhərlərində iğtişaşlar altı gündür davam edir.Hüquq-mühafizə orqanları ilə toqquşmalarda 30-dan çox insan həlak olub, onlarla insan yaralanıb, yüzlərlə insan saxlanılıb.

İstinadlar Report