Qadınların və İslam dininin başqa təriqətlərindən olan İran vətəndaşlarının prezidentliyə namizədliklərinin qeydə alınmaması ölkə konstitusiyasının 115-ci maddəsinin pozulmasıdır.

Bunu İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi, tanınmış din xadimi Mövləvi Əbdül Həmid bildirib.

Onun sözlərinə görə, bu qadağa İslam şəriətinə və beynəlxalq qaydalara uyğun gəlmir: “45 ildir başqa təriqətdən olan İran vətəndaşları bu siyasi kampaniyada namizədliklərini göstərə bilmir”.

İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, “Prezident aşağıdakı meyarlara cavab verən dini və siyasi liderlər arasından seçilir: İranəsilli, iranlı, idarəçi və bacarıqlı, yaxşı reputasiyalı, etibarlı və dindar, imanlı və İran İslam Respublikasının əsasları və ölkənin rəsmi dininə inanan”.

Konstitusiyanın 112-ci maddəsində göstərilib: “İranda rəsmi din İslam və On iki imamlı, Cəfəri (şiə) təriqətidir”.

İstinadlar Report