İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxarıdğı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.

Bu, dar ağacından asılan ilk etirazçıdır.

Bildirilib ki, məhkəmə onu “Allaha düşmənçilik etməkdə” təqsirli bilib.

Möhsün Şekari Tehranın əsas avtomobil yolunu bağlamaqda və “Bəsic” yarımhərbi dəstəsinin üzvünü bıçaqla yaralamaqda ittiham olunur.

Məlumata görə, sentyabrın 17-də başlayan etiraz aksiyalarının 11 iştirakçısı barəsində edam hökmü çıxarılıb.

İstinadlar Report