İranın Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində İnqilab Keşikçiləri Qvradiyasının (Sepah) “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü ölüb.
Bu barədə Sepahın yaydığı açıqlamada bildirilib.
Açıqlamaya əsasən, hadisə əyalətin Saravan şəhərinin Sirkan rayonunda baş verib.
Vurğulanıb ki, noyabrın 8-də “Ceyşül Ədl” silahlı qruplaşmasının hücumu nəticəsində yaralanmış, Sepahın mayoru Səid Pərvinnejad noyabrın 10-da gecə saatlarında ölüb.