
İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Təhlükəsizlik İdarəsinin (kəşfiyyat) rəisi Hüseyn Tayebəyə sui-qəsd edilib.
Məlumatı “Alarabiya-net” yayıb.
“Terror Alarm” tviter səhifəsində hadisədən sonra kəşfiyyat rəisinin hospitala yerləşdirildiyinə dair xəbər yayıb.
Bildirilib ki, İsrailin təhlükəsizlik orqanları onun Türkiyə və başqa ölkələrdə israilli turistlərə qarşı sui-qəsddə iştirakını təsdiqləyərək fəaliyyətini izlədiklərini açıqlayıblar.
Məlumata görə, İranda baş verən nüvə alimləri və qvardiya zabitlərinin müəmmalı ölümlərindən sonra Hüseyn Tayebə bu yaxınlarda işdən çıxarılıbmış.
H.Tayebə 1963-cü ildə Tehranda anadan olub. O, qvardiyanın əsas kadr bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının başçısı işləyib. 2009-2019-cu illərdə isə İnqilab Keşikçiləri Qvardiyası kəşfiyyatı başçısının koməkçisi olub. Onun adı ölkədə bəzi din xadimlərinin qalmaqallı qətllərində də hallanır.