İranda səkkiz sərhədçinin qətlində təqsirli bilinən Həmid Hüseynnejat Heydaranlu barəsində çıxarılan edam hökmü icra olunub.
Məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, o, 2024-cü ilin iyulunda PKK terror qruplaşmasının üzvü olduğu üçün həbs edilib. 40 yaşlı Həmid Hüsenynejat Heydaranlu dövlətə xəyanət maddəsi ilə mühakimə olunaraq barəsində ölüm hökmü çıxarılıb.