İranda sınaq uçuşu zamanı pilotsuz uçuş aparatı (PUA) Gülüstan əyalətinin Qorqan şəhər meydanına düşüb.

Bunu İran Müdafiə Nazirliyinin mətbuat katibi Məhəmədrza Talainik bildirib.

Qeyd edilib ki, PUA və “Effendi” adlı sistemin sınağı keçirilib. Sistemdə baş verən nasazlıq səbəbindən aparat Qorqan şəhərində meydan düşüb.

Qeyri-rəsmi mənbələr isə bildirib ki, hadisə raket sınağı nəticəsində baş verib. Məlumata görə, sınaq zamanı raketin başlığı çıxıb. Başlıq təyin edilmiş yerə deyil, bir neçə hissəyə parçalanaraq Qorqan şəhərinə düşüb.

Hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir. Qəza yerinə təcili tibbi yardım heyəti və istintaq qrupu cəlb edilib.

İstinadlar Report