İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

Bu barədə İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami bildirib.

O, həmçinin seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacağını söyləyib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.