İran İslam Respublikasının Ali Məhkəmə orqanı seksual təcavüzə görə barəsində edam hökmü çıxarılmış futbol məşqçisinin cəzası yüngülləşdirib.

“Report” ir.Bu barədə onun vəkili bildirib.

Müxtəlif səbəblər əsas göstərilərək 40 yaşlı futbol məşqçisinin adı açıqlanmır.

Məlumata görə, Tehran İslam məhkəməsi ötən ay onun barəsində ölüm hökmü çıxarıb. O, 12-13 yaşlı 8 oğlanı yaşadığı evə apararaq onları seksual təcavüzə məruz qoyub. Uşaqların valideynləri məşqçiyə ən sərt cəzanın verilməsinin tələb edərək bildirib ki, onun günahı səbəbindən övladları psixoloji sarsıntı yaşayır. İttiham olunan məşqçi ailəli olub. Məhkəmə zalında ittihamları rədd edərək bildirib ki, 8 uşaqla zarafat edib. Hadisələrlə bağlı videogörüntülər təqdim olunduqdan sonra o, günahını etiraf edib.

İstinadlar Report