İranda aprelin 18-də səhər saatlarında ordu gününə həsr olunmuş hərbi parad keçirilib.

Bu barədə məlumatı İRNA yayıb.

Bildirilib ki, paradda İran Prezidenti Məsud Pezeşkian, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, genral-mayor Məhəmməd Baqeri, müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə, həmçinin müxtəlif qoşun növlərinin komandanları iştirak edib.

Hərbi parad Tehrandan başqa İranın digər əyalət mərkəzlərində və bəzi şəhərlərində də təşkil olunub.

İstinadlar Report