İranın Tehran əyalətində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

Bu barədə virusun yayılmasına qarşı qərargahın başçısı Əli Rza Zali bildirib.

“Son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb”, – o deyib. Zali əlavə edib ki, “ikinci və üçüncü dalğa arasında zaman məsafəsi az olub”.

O qeyd edib ki, üçüncü dalğaya uyğun olaraq statistik göstəricilərin artması müşahidə olunur.

“Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin geri qaytarılması üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərdik. Bu xüsusən distant iş formatına aiddir”, – deyə Zali əlavə edib.

İstinadlar Report