İranda İzzəddin Həsənoğlunun məzarı dağıdılıb.

Bu barədə Azərbaycan folklorşünası Əli Şamil sosial şəbəkədə məlumay yayıb.

O bildirib ki, Azərbaycanın ilk anadilli poeziyasının şah əsərlərini yaradan İzzəddin Həsənoğlunun Xorasan şəhərindəki məzarı dağıdılıb.

Qeyd edək ki, Həsənoğlunun Azərbaycan türkcəsində “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər”, “Necəsən gəl, ey yüzü ağım bənim” və “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı 3, farsca isə “Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim” başlıqlı 1 qəzəl yazıb.



İstinadlar Qafqazinfo