
İranda insulin preparatının çatışmazlığı şəkərli diabet xəstələrinin həyatı üçün təhlükə yaradıb.
Bunu İran ərzaq və dərmana nəzarət üzrə təşkilatının başçısı Heydər Məhəmmədi bildirib.
Onun sözlərinə görə, insulinə olan tələbatın yarısı yerli istehsalın, digər qismi isə idxalat hesabına təmin olunur.