İranın Hörmüzqan əyalətində uşaq və yeniyetmələri oğurlamağı planlaşdırmaqda şübhəli bilinən Əfqanıstanın 12 vətəndaşı saxlanılıb.
Məlumatı “Radiofərda” yayıb.
Bildirilib ki, əməliyyatı İran İnqilabı Keşikçilər Qvardiyası həyata keçirib.
Məlumata görə, saxlanılan əfqanlar İranda mühacir olaraq yaşayırmış.