İranda son iki gündə on bir məhbus barəsində çıxarılan ölüm hökmü icra edilib.
Məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, İranın Yəzd, Ciroft, Kermanşah, Kəhnuc, Şiraz, habelə Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərindəki zindanlarda edamlar icra olunub.
Məlumata görə, bu ilin iyul ayından, İran Prezidenti Məsud Pezeşkianın vəzifə səlahiyyətlərinin icrasına başlayanadan sonra edam edilən məhbusların sayı 411 nəfərə çatıb.
Vurğulanıb ki, bu göstərici ötən ilin uyğun dövrü ilə müqayisədə 85 faiz çoxdur.