İran hökuməti Kerman əyalətində fevralın 13-də saxlanılan iki Britaniya vətəndaşına qarşı casusluq ittihamı irəli sürüb.

Bu barədə İran məhkəməsinin nümayəndəsi Eshak Cahangir məlumat verib.

“Saxlanılan iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb”, – o bildirib. Kermanın baş prokuroru İbrahim Həmidinin sözlərinə görə, bu şəxslərin kəşfiyyat xidmətləri ilə bağlı qurumlarla əlaqəsi olduğu müəyyən edilib.

E.Cahangir qeyd edib ki, britaniyalılar İrana turist kimi daxil olublar, lakin tədqiqat fəaliyyəti adı altında bir neçə əyalətdə müxtəlif məlumatlar toplayıblar: “Bununla əlaqədar şübhəlilər İran təhlükəsizlik xidmətlərinin nəzarətinə götürülüb, daha sonra isə saxlanılıblar”.

İstinadlar Report