İranın İnqilab Məhkəməsi tanınmış hüquq müdafiəçisi Nərges Mohəmmədini 10 il müddətinə azadlıqdan məhrum edib
Hazırda N.Mohəmmədi ona verilən altı illik həbs cəzasını çəkirdi. Lakin məhkəmənin yeni qərarına görə, onun cəzası daha dörd il artırılıb.

İran hökuməti və mətbuatı yeni cəza haqda heç bir məlumat vermir.

Qeyd edək ki, N.Mohəmmədi ölkədə ölüm hökmünə qarşı çıxıb və İranda İnsan Haqlarının Müdafiəsi Mərkəzi sədrinin müavini vəzifəsini yerinə yetirib.