
İranda universitetlərdən birinin tələbəsi hakimiyyətin tətbiq etdiyi mövcud hicab qaydalarına etiraz olaraq ali təhsil müəssisəsinə alt geyimdə gəlib.
Bu barədə İran və xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, tələbə qızı təhlükəsizlik qüvvələri ərazidən uzaqlaşdırıblar. Onun naməlum yerə aparıldığına dair informasiya yayılmışdı.