Məni edam riski ilə zindanda tək buraxmısınız.
Bunu İranın Evin zindanında həbsdə olan İran və İsveç vətəndaşı, güney azərbaycanlı alim Əhmədrza Cəlali İsveçin Baş naziri Olaf Kristersona fars dilində ünvanlandığı audiomüraciətdə bildirib.
O, müraciətində bu günlərdə (iyunun 14-də – red.) İranla İsveç arasında keçirilən məhbus mübadiləsində unudulduğu üçün İsveç hökumətini və onun başçısının tənqid edib: “Məndən üz döndərməyə qərar vermisiniz! Səkkiz il iki aydır saxlanıldığım, yəni ömrümün üç min gününü keçirdiyim Evin həbsxanasının qorxunc təkadamlıq kamerasından sizə müraciət edirəm. Məni edam təhlükəsi ilə üz-üzə qoyub ölüm hökmünün dəyişdirilməsi üçün mübarizə aparmadınız”.
Alimin sözlərinə görə, İran həbsxanasında saxlanılan İsveç vətəndaşı İohan Flodros İsveç-İran vətəndaşı Səid Əzizi Həmid Nuri ilə dəyişdirilib: “Fikimrcə, mənim İran həbsxanasında saxlanılmağım diskriminasiyadır”
Həmid Nuri Gövhərdəşt həbsxanası prokurorunun keçmiş köməkçisidir. O, 1980-ci illərdə mindən çox siyasi məhbusun edamında iştirak etməkdə ittiham olunub.