İranda qadın musiqiçiyə görə konsert ləğv edilib.

Məlumatı İranda İnsan Hüquqları Təşkilatı yayıb.

Bildirilib ki, fevralın 5-də İsfahan şəhərində “Liana” adlı musiqi qrupunun konserti olacaqdı. Ancaq qadın musiqiçinin iştirakı nəzərdə tutulduğundan konsert ləğv olunub.

İnformasiyaya əsasən, bütün cavabdeh qurumlardan konsert verilməsi ilə bağlı əvvəlcədən icazə alınıbmış.

İstinadlar Report