İranda etirazlarda 440 nəfər həlak olub.

Bu barədə ABŞ mərkəzli İranda İnsan Haqları Fəalları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 61-i yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 059 nəfər həbs olunub. Onlardan 3 212 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 555 nəfər tələbədir. Nümayişlərə 163 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 56 nümayəndəsi öldürülüb.