İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda ölkənin 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib.

Bu barədə “Al Hadas” telekanalı məlumat yayıb.

Rəisi İranın Konstitusiya Günü münasibətilə dövlət televiziyasında çıxışı zamanı bildirib ki, konstitusiyanda heç bir çıxılmaz vəziyyət yoxdur:

“Onun təşkili, hazırlanması və yekunlaşdırılması konstitusiyanın həyata keçirilməsində, ölkənin işlərinin idarə olunmasında istənilən çıxılmaz vəziyyətlə üzləşəcək şəkildə həyata keçirilib. Zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər”.

İstinadlar Report