İranın tanınmış müğənnisi və bəstəkarı Şervin Hacıpurun “Bərai” (“Ona görə”) mahnısı “Qremmy” mükafatına layiq görülüb.

Məlumatı “Amerikanın səsi” radiosunu fars redaksiyası yayıb.

Qeyd edək ki, “Bərai” mahnısı sentyabrın 17-dən başlayan və davam edən etiraz aksiyaçılarının qeyri-rəsmi himnidir. Mahnıda İran xalqının on illərdir çəkdiyi zülm, ağrı-acılarından, uğrunda mübarizə aparılan amallardan bəhs edilir. “Qadın, Həyat, Azadlıq!” şüarı vurğulanır.