İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı öldürülənlərin sayı 41 nəfərə çatıb.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis əməkdaşları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Besiç” əməkdaşları da daxil olmaqla 41 nəfərin həyatını itirdiyi açıqlanıb. Bununla yanaşı, ölkə daxilində ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi də vurğulanıb.

İstinadlar Report