İranın Gilan bölgəsində əməliyyat zamanı kəşfiyyat polisinin üç əməkdaşı ölüb.
Bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları Səid Mehyar Kiazadə, Məhəmməd Hüseyn Cəmşidi və Əmir Məhəmməd Mollazadə qaçırılmış avtomobili saxlamaq üçün keçirilən əməliyyat nəticəsində ölüblər.