İranda daha 296 nəfər koronavirusun qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 32 616 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada rekord sayda – 6 191 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 568 896-ya yüksəlib.

İstinadlar Report