İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində yerləşən Dalqan şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Yerli təhlükəsizlik qüvvələri daha 4 nəfərin yaralandığı barədə məlumat verib. Belə ki, silahlı şəxs video oyun mağazasına daxil olaraq işçilərə və ziyarətçilərə atəş açıb, daha sonra əlbir olduğu şəxslə avtomobillə hadisə yerindən uzaqlaşıb.

İstinadlar Report