İranın Səhiyyə Nazirliyi 9-12 yaş arası uşaqlara koronavirusa qarşı peyvənd tətbiq edilməsinə icazə verib.

Bu barədə Tehranın qubernatoru Muhsin Mənsuri İran dövlət televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, vaksinin parametrləri və dozaları Səhiyyə Nazirliyi və Koronavirusla Mübarizə üzrə Milli Şura tərəfindən birgə müəyyən ediləcək.

“Uşaqların peyvənd olunmasına icazə müxtəlif ölkələrin təcrübəsi və elmi araşdırmalar nəzərə alınmaqla qəbul edilib. Valideynlərin razılığı ilə peyvəndlər könüllü şəkildə vurulacaq”, – Mənsuri bildirib.

İstinadlar Report