İrana aid yük gəmisinin İraq sularında batması nətisəində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Bunu İranın Dənizçilik və Liman Əməliyyatı Təhlükəsizlik işlər üzrə müdiri Nadir Pesende bildirib.

Onun sözlərinə görə, İrana məxsus yük gəmisi İraqın əl-Qəsr limanına səfər edirmiş. Gəmi gecə saatlarında batıb. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xilas edilib. Gəminin göyərtəsindək digər şəxslərin axtarışı davam edir.

Gəminin Bəsrə Um-Qəsr limanına tikinti materialları daşıdığı bildirilir.

İstinadlar Report