İranın nüvə razılaşmasına qayıtmaq məsələsinə dair danışıqlar zamanı ABŞ və Avropa ölkələrinin irəli sürdükləri yeni tələblər Tehran tərəfindən qəbul edilməyəcək.

Mənbələrin verdiyi məlumata görə, Qərb ölkələri nüvə proqramı ilə bağlı Müştərək Əhatəli Fəaliyyət Planında (JCPOA) təsbit edilən bəzi sanksiyaları ləğv etmək müqabilində son vaxtlar işə salınan yeni nəsil sentrifuqaların sökülməsini istəyir.

İstinadlar Report