
ABŞ ilə İran arasında növbəti birbaşa olmayan danışıqlar Omanın paytaxtı Maskatda keçiriləcək.
Bunu İran Xarci İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai aprelin 21-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, danışıqlar nüvə məsələləri və sanksiyaların ləğvinə həsr ediləcək.
İ.Bəqai bildirib ki, BMT Təhlükəsizlik Şurasının iki mühüm üzvü, Çin və Rusiya, eləcə də İranın mühüm dostları və tərəfdaşlarıdır: “Onlar həmişə müzakirələrdə iştirak ediblər”.