Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, rəsmi məlumatda detallara yer verilməsə də, bəzi mənbələr son günlər Azərbaycan gündəmini zəbt edən Allahşükür Paşazadənin ifadələri və onun istefaya göndərilməsi üçün təzyiqlərin də müzakirə edildiyini iddia edir.