
Tehran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai bildirib.
“Qafqazda təhlükəsizlik, o cümlədən Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün qonşuların təhlükəsizliyi bizim üçün çox vacibdir. Bizim Azərbaycan və Ermənistanla uğurlu münasibətlərimiz var və son günlərdə diplomatik danışıqlar aktivləşib”, – o qeyd edib.