İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Yerevana səfər edəcək.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.

İranın XİN başçısının Ermənistanın baş naziri Nikol Paşinyan və başqa dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Danışıqların əsas mövzusunun Dağlıq Qarabağdakı vəziyyətin olacağı gözlənilir.

İstinadlar Report