İran ABŞ ilə uranın zənginləşdirilməsi məsələsini Tehran üçün məqbul şərtlərlə müzakirə etməyə hazırdır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, Vaşinqtonun İranın nüvə proqramının tam ləğv edilməsində israr etməyi dayandıracağı halda mümkündür.

“Əgər amerikalılar konstruktiv mövqe tutsalar, mümkün sövdələşmə ilə bağlı danışıqlara başlaya bilərik. İranın uranı zənginləşdirməsi real məsələdir və biz bəzi narahatlıqlara baxmayaraq, Tehranın nüvə proqramına etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipi müzakirə mövzusu deyil”, – nazir qeyd edib.

İstinadlar Report