
İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfər edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
“A.Əraqçi sabah Pekinə yollanacaq, biz birbaşa olmayan danışıqları da müzakirə edəcəyik”, – o qeyd edib.
XİN nümayəndəsinin sözlərinə görə, A.Əraqçi Pekində İran-ABŞ danışıqlarının gedişini müzakirə edəcək.