
ABŞ ilə danışıqlar səmərəli ola bilər.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, İran və ABŞ arasında xoşməramlılıq və realizm davam edərsə, danışıqlar səmərəli ola bilər.
Əraqçi, həmçinin Omanda keçirilən danışıqların konstruktiv olduğunu qeyd edib.
Tajani də öz növbəsində İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib.