
İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər iranlılara getdikcə baha başa gəlir.
Bu barədə Ermənistan Turizm Federasiyasının sədri Mexak Apresyan Novruz bayramında ölkəyə gələn iranlıların sayının azalmasına münasibət bildirərkən deyib.
“Səbəb İranda inflyasiya olması, dramın dollar və avroya nisbətdə möhkəmlənməsidir. Bu, Ermənistanın turizm məhsulunun bahalaşmasına və ölkəyə səfərin qiymətinin artmasına səbəb olur. “, – Apresyan bildirib.
Onun fikrincə, səfərlərin sayının azalması məhz bununla bağlıdır.
Qeyd edib ki, 2022-ci illə müqayisədə rəqəmlər xeyli azalıb.