İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Qazaxıstanın xarici işlər naziri Muxtar Tilberdi arasında telefon danışığı olub.

Görüşdə nazirlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

“İran Qazaxıstanda baş verən hadisələri əvvəldən izləyir. Qazaxıstanın milli suverenliyini dəstəkləyərək bu ölkəyə xarici müdaxiləni qınayır”, H.Abdullahian bildirib.

M.Tilberdi isə ölkəsinin İrana yönəlik xarici siyasətinin prinsiplərini davam etdirir: “İranın xarici işlər naziri ilə danışğımız Tehranın Qazaxıstanın milli suverenliyinə verdiyi dəstəyin göstəricisidir”.

İstinadlar Report