İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Nazirlər əvvəlcə təkbətək görüş keçiriblər. Onlar iki ölkə arasındakı münasibətləri və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

M.C.Zərif və A.Ayvazyan daha sonra görüşü iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş formada davam etdiriblər.

Görüşdə ikitərəfli münasibətlərin, qarşılıqlı əməkdaşlığın inkişafı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.

M.C.Zərif Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək.

İstinadlar Report