
Omanın vasitəçiliyi ilə Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.
Tərəflər İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyaların yumşaldılmasını müzakirə edirlər.