İranın nüvə proqramının qiymətləndirilməsində rəsmi Tehran və Vaşinqton arasında böyük fikir ayrılıqları qalır, lakin Rusiya mübahisəli məsələlərin həlli perspektivini real hesab edir.

Bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.

“Məsələ son dərəcə çətindir . Görünür ki, İran və ABŞ arasında fərqlər çox böyükdür, bu, əvvəlki raundlarda da olub, indi də. Amma biz qəti şəkildə ondan çıxış edirik ki, danışıqlar, diplomatiya yolu ilə hər şeyi həll etmək üçün real şanslar var”, – deyə Mixail Ulyanov əlavə edib.

M. Ulyanov bildirib ki, Vyana danışıqlarında iştirak edənlərdən heç biri rəsmi olaraq İranla bağlı müvəqqəti razılaşma təşəbbüsü ilə çıxış etməyib.

İstinadlar Report