İranda mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində istənilən rabitə vasitələrinin gətirilməsi qadağan edilib.

Bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu bildirib.

Onun sözlərinə görə, elektron rabitə vasitələrinin həm əl yükündə, həm də yoxlanılmış baqajda aparılması qadağandır.

Yazırlu qeyd edib ki, sərnişinlər uçuşların təhlükəsizliyini təmin etmək üçün təyyarənin göyərtəsində peycer, səsgücləndirici və bu kimi elektron rabitə vasitələrini gətirməkdən çəkinməlidirlər.

İstinadlar Report