İranın Sistan və Bəlucistan əyalətində sərhəd polisi ilə silahlı qruplaşmalar arasında insident olub.

Bu barədə İranın Sərhəd Mühafizə Xidmətinin komandanı general Əhməd Əli Güdərzi bildirib.

Onun sözlərinə görə, silahlı qruplaşmalar təxribat aktları hazırlamaq məqsədilə cənub-şərq sərhədlərindən gizli şəkildə ölkəyə daxil olmaq istəyib: “Əməliyyat tədbirləri nəticəsində xeyli partlayıcı maddə ələ keçirilib. Silahlı qruplaşmalar İran sərhədçilərinin müqavimətindən sonra ölkə ərazisini tərk edib”.

İstinadlar Report